Modern.az

“Amerika əsgərlərini otellərdə də izləyirik...” – İranlı general

“Amerika əsgərlərini otellərdə də izləyirik...” – İranlı general

Aktual

9 Fevral 2020, 15:26

Fars körfəzində dislokasiya olunmuş bütün Amerika qoşunları İranın daimi müşahidəsi və nəzarəti altındadır.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanatla İranın konstitusiyaya riayət edilməsinə nəzarət Şurasının  (Ali dini lider yanında məşvərətçi orqan) katibi, general Möhsün Rezayi “Fars” agentliyinə müsahibəsində çıxış edib.

 

“ABŞ-ın bu regiondakı bütün bazaları bizim müşahidəmiz altındadır, o cümlədən ABŞ təyyarədaşıyanları. Və biz bilirik ki, ABŞ-ın burada nə qədər gəmisi var və onlar konkret olaraq haradadırlar”,-o deyib.

Rezayi qeyd edib ki, İranın ABŞ hərbçilərinin koordinatları barədə informasiyaları “çox dəqiqdir”.

“Hətta Amerika əsgərləri Küveyt və ya Bəhreyndə otellərə baş çəkəndə də biz onları izləyirik”,-o bildirib. Rezayi əlavə edib ki, İran İraqdakı Ayn-əl-Əsəd aviabazasına raket zərbələri endirərəkən “dəqiq hesablamalar aparmışdı” və orada nələrin olduğuna dair “tam informasiyaya” malik idi.

 

Xatırladaq ki, yanvarın 8-də İran general Qasım Süleymaninin öldürülməsinin qısası olaraq İraqdakı Amerika aviabazasına raket zərbələri endirib. Onlarla amerikalı hərbçi partlayış dalğasının nəticəsində xəsarətlər alıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı