Modern.az

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Актуально

15 May 2021, 11:52

Mayın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-20 isti, gündüz 26-31 isti, Bakıda gecə 18-20 isti, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.

 

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.

 

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı