Milli Məclisin deputatları Fuad Muradov və Ceyhun Osmanlı Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının III hesabat-seçki konfransında iştirak etmək üçün oktyabrın 11-dən 14-dək Moskvada səfərdə olacaqlar. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan – Rusiya gənclər forumu keçiriləcək və təşkilatın idarə heyətinə seçkilər aparılacaq.
Sonra deputatlar oktyabrın 14-dən 16-dək İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyası tərəfindən təşkil edilmiş “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda beynəlxalq forumun işinə qatılacaqlar. Onlar konfransda müzakirə edilən məsələlərlə əlaqədar öz fikirlərini bildirəcəklər.
A.RÜSTƏMOV