Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən şadlıq evi və restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə,
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Çingiz Talıbov və Bəxtiyar Məmmədovun karantin qaydalarını pozduqları müəyyənləşib.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.