Modern.az

Yaponiya Qubada 6 bulaq tikdi - FOTOLAR

Yaponiya Qubada 6 bulaq tikdi - FOTOLAR

مورد توجه

27 Dekabr 2012, 14:33

Quba rayonunun dağlıq ərazidə yerləşən Qamqam kəndində Yaponiya hökumətinin dəstəyi və maliyyə yardımı ilə həyata keçirilən içməli su layihəsinin rəsmi açılış mərasimi keçirilib. Modern.az xəbər verir ki,tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov açıb. Qeyd   olunub ki, millət  vəkili Vahid Əhmədovun təşəbbüsü ilə Yaponiyanın  Azəbaycandakı səfirliyi ilə imzalanmış  layihə  çox qısa müddətdə icra olunub. Layihə çərçivəsində  6  bulaq  kompleksi  tikilibdir.

Tədbirdə iştirak edənb deputat Vahid Əhmədov son zamanlar  Qubada  həyata  keçirilən uğurlu yenidənqurma  və təmir işlərinin  əhalinin  güzaranının  yaxşılaşdırılmasına yönəldiyini qeyd edib. Yaponiya səfirliyi ilə aparılan məqsədyönlü işlərin nəticəsi kimi dağ kəndi olan Qamqam kəndində subartezian quyusunun istismara verilməsi münasibəti ilə kənd əhalisini təbrik edən V.Əhmədov  Yaponiya hökumətinə bu layihəyə maliyyə vəsaiti ayırdığına, Yaponiyanın Azərbaycan  respublikasındakı  Fövqaladə və Səlahiyyətli səfiri Şusuke Vatanabeyə bu işə yaxından dəstək verdiyinə görə minnətdarlığını bildirib.

Qeyd olunub ki, əldə olunmuş  razılığa  əsasən belə xeyirxah işlərin Qubanın kəndlərində gələcəkdə də həyata keçirilməsi  barədə  razılığa  gəlinibdir.

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı