Modern.az

Deputat Flora Qasımova: “İlk zərbəni alan Xankəndi oldu”

Deputat Flora Qasımova: “İlk zərbəni alan Xankəndi oldu”

Актуально

28 Dekabr 2012, 16:56

Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə İctimai Birliyinin sədri Bayram Səfərov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Flora Qasımova, deputat Qənirə Paşayeva, İcmanın bir sıra şəxsləri və Xocavənd sakinləri iştirak ediblər.

Deputat Flora Qasımova ilk itirdiyimiz torpağın Xankəndi olduğunu deyib. O bildirib ki, beynəlxalq təşkilatlar ikili standartlar nümayiş etdirir və biz öz torpaqlarımıza qayıda bilmirik.

“İlk işğal olunan, ilk zərbəni alan Xankəndi oldu. Ağırdır doğulduğun yurdu itirmək. Bizim haqqımız yoxdur o torpaqları unudaq. Gənclərdə torpağa bağlılığı artırmalıyıq. Arxasında rusların duran qudurğan ermənilər torpağımızı işğal etdilər. Biz hər an döyüşə hazır olmalıyıq. Azərbaycanın hərbisi və hərbi büdcəsi inkişaf edib. Biz torpağımıza qayıdacağıq”.

Deputat Qənirə Paşayeva bu günün hamı üçün ağır olduğunu deyib. O bildirib ki, Kərkicahanın itirilməsi nəinki Xankəndinin itirilməsi idi, hətta digər rayonlarında işğalı üçün ilk addım idi. “21 ildi öz evinə dönə bilməyən insanın hüquqlarının pozulmasında böyük bir hüququn pozulması ola bilməz. Bu işdə daha çox gənclər aktiv olmalıdır. Sosial şəbəkələr vasitəsilə bunu bütün dünyaya yaymaq lazımdır. “Xankəndi” sözünün beynəlxalq təşkilatların yaddaşında olması daha vacibdir. Beynəlxalq təşkilatlarda iki standartlıq hökm sürür. Onlar işğalçı ilə işğala məruz qalanı bir tuturlar. Deyirlər, gedin özünüz həll edin, biz də öz fikrimizi bildirərik”.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ermənilərin bütün danışıqlarda uydurma Dağlıq Qarabağ xalqı yaratdığını deyib. İcra başçısı bildirib ki, dünyada belə bir fikir var ki, sanki orada yalnız ermənilər yaşayıblar. “Ermənilər beynəlxalq aləmdə uydurma iddialar irəli sürürlər. Döyüşə gəldikdə, Xankəndililər böyük şücaətlə vuruşublar. Sadəcə həmin zaman döyüşənlərə kömək edən yox idi. Heç o zaman bizim qarşımızda dayanan erməni, tanıdığımız erməni deyildi. Onların arxasında güclü havadarları var idi. Ermənilər hər şeyi düşünüb ediblər. Ölkəmiz, ordumuz gündən-günə inkişaf edir. Biz torpaqlarımızı güclə, silahla alacayıq”.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan dövlətin yürütdüyü təcavüzkarlıq siyasətinin 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini deyib.
“Münaqişənin nizama salınması prosesində Azərbaycan dövlətinin ilk növbədə sülh variantına üstünlük verir. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulayıb”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı