Dövlət Vergi Xidməti (DVX) müxtəlif kateqoriyalara aid vergi ödəyiciləri ucun fevralın 8-i tarixində onlayn formatda görüş təşkil edəcək.
DVX-dən Modern.az-a verilən məlumata görə, görüşdə Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı müzakirələr aparılacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq və müvafiq izahlar veriləcək.
Zoom platforması üzərindən təşkil olunacaq görüşdə 100-dək vergi ödəyicisinin iştirakı gözlənilir.
Vergi ödəyiciləri görüşdə iştirak etmək üçün qeyd olunan tarixdə saat 14:30-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat həmçinin "Telegram" üzərindən də mümkündür.