Modern.az

Ermənilər Tovuzu ATƏŞƏ TUTDU

Ermənilər Tovuzu ATƏŞƏ TUTDU

Aktual

18 Fevral 2022, 23:46

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

 

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

 

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı