Modern.az

İki uşaq anası itkin düşdü

İki uşaq anası itkin düşdü

Aktual

21 Fevral 2022, 20:53

Xaçmazda 30 yaşlı qadın üç gündür itkin düşüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə qadının ailə üzvləri məlumat verib.

 

Bildirilib ki, rayonun Yalama kənd sakini, 1991-ci il təvəllüdlü Leyla Abdullayeva fevralın 18-də evdən çıxıb və bir daha ondan xəbər olmayıb. L. Abdullayevanın sonuncu dəfə əynində qırmızı gödəkcə olub.

 

İtkin düşmüş şəxsi görənlərdən Xaçmaz Rayon Polis Şöbəsinə və ya 055 864 95 38 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

 

Qeyd edək ki, Leyla Abdullayevanın iki azyaşlı övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı