Modern.az

“Qalatasaray” “Barselona”ya rəqib oldu

“Qalatasaray” “Barselona”ya rəqib oldu

مورد توجه

25 Fevral 2022, 16:10

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

 

Modern.az xəbər verir ki, bu raundda qrup mərhələsinin 8 qalibi və pley-offu adlayan komandalar üz-üzə gələcək.

 

“Qalatasaray”ın rəqibi bu turnirin əsas favoritlərindən sayılan “Barselona” olub. “Sarı-qırmızılar” ilk matçı səfərdə, qrup qalibi olduğu üçün cavab matçını İstanbulda keçirəcək.

 

Avropa Liqası
1/8 final

 

“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)

“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)

“Portu” (Portuqaliya) – “Lion” (Fransa)

“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)

“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)

“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)

“Leypsiq” (Almaniya) – “Spartak” (Rusiya)

“Betis” (İspaniya) – “Ayntraxt” (Almaniya)

 

Qeyd edək ki, ilk oyunlar 9-10 mart tarixlərində, cavab görüşləri martın 17-də baş tutacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı