Modern.az

Xarkovda həlak olan Qoşqar əmisigilə qonaq gedibmiş...

Xarkovda həlak olan Qoşqar əmisigilə qonaq gedibmiş...

مورد توجه

27 Fevral 2022, 14:10

Ukraynanın Xarkov şəhərində küçə döyüşlərində həlak olan azərbaycanlının kimliyi məlum olub.

 

Bu barədə Modern.az-a Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib.

 

Onun sözlərinə görə, həlak olan Azərbaycan vətəndaşı Qoşqar Məmmədovdur, o tələbə olmayıb.


"Bura əmisigilə qonaq gəlmişdi, gəncdir. Mağazadan nəsə almaq üçün küçəyə çıxıb. Atılan güllələrdən biri ona dəyib. Hadisə zamanı orada başqa iki nəfər də olub. Onlara heç nə olmayıb", -  S.Adıgözəlli vurğulayıb.

 

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda Xarkovda küçədə güllələnərək öldürülən azərbaycanlı gəncin tələbə olduğu bildirilirdi. Araşdırma zamanı onun şəhərə qonaq gəldiyi məlum olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı