“Vətəndaş pensiya, əməkhaqqı, müavinət almasından asılı olmayaraq, “Müharibə veteranı” təqaüdünü ala bilər”.
Modern.az-ın məlumatına görə, bu barədə DOST Agentliyinin DOST xidmətləri departamentinin direktor müavini Vasif Qəribov “Sosial saat” verilişində deyib.
Onun sözlərinə görə, “Naxçıvan qeydiyyatında olan vətəndaşların da “Müharibə veteranı” statusu təsdiqlənib:
"Naxçıvan Dövlət Sosial Müdafiə Fondu kartları sifariş verdikdən sonra həmin şəxslər də təqaüdlərini ala biləcəklər”.
Qurum rəsmisi müharibə veteranlarına Prezidentin aylıq təqaüdü (80 manat) verilməsinin müddətsiz olduğunu vurğulayıb.