“Sergey Lavrov bildirdi ki, Belarusda olan görüş zamanı biz məsələləri danışmalıyıq. Bu məsələlərə Ukraynanın NATO-ya daxil edilməsi, nüvə silahı və digərləri daxildir”.
Modern.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşlə bağlı mediaya açıqlamasında deyib.
“Mən də bildirdim ki, biz xarici işlər nazirləriyik. Hər məsələni danışa bilərik. Amma o, bu məsələlər barədə danışmaqdan imtina etdi”, - deyə XİN başçısı bildirib.
Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub.