Modern.az

Dünya çempionunun arvadı Putinlə bağlı çağırış etdi

Dünya çempionunun arvadı Putinlə bağlı çağırış etdi

Güncel

15 Mart 2022, 13:38

Ağır çəkidə boks üzrə dünya çempionu Aleksandr Usikin həyat yoldaşı Yekaterina Usik Rusiyanın Ukraynaya hücumundan əziyyət çəkənlərlə bağlı səhnələrə baxa bilmədiyini deyərək, Vladimir Putini qətlə yetirməyə çağırış edib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna saytları məlumat yayıb.

Yekaterina Usik paytaxt Kiyevin bombalanmasından sonra emosiyalarını saxlaya bilməyib.

"Bu, mənim şəhərimdir! Mən artıq özümü saxlaya bilmirəm. Putini öldürən şəxsə mükafat ödəməyə hazıram. Bu Putinlə bağlı nəhayət bir şey edin!", - Yekaterina Usik çağırış edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı