“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Şərq küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 28-29 yanvar 2013-cü il tarixlərində Balkıxanov qəsəbəsinin H. Cavid, İ. Krılov, A. Bakıxanov, T. Mustafayev, Q. Qarayev, Ə. Anaplı küçələrinə içməli su fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Modern.az