Modern.az

Ukraynada azərbaycanlı idmançı itkin düşdü

Ukraynada azərbaycanlı idmançı itkin düşdü

Aktual

22 Aprel 2022, 13:24

Ukraynanın paytaxt Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb.

 

Modern.az xəbər verir ki, Nikolayev şəhərində yaşayan həmvətənimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib.

 

Nikolayevin azərbaycanlı polisi Turan Fikrət "Report"a bildirib ki, Ə.Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, "Çerniqovskaya" metrosu istiqamətində gedib və bundan sonra ondan xəbər alınmayıb.

 

Qeyd edək ki, Ə.Hüseynov Ukraynada tanınmış idmançı kimi MMA növü üzrə bir sıra turnirlərin qalibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı