Modern.az

“Putin Hitler və Stalindən daha təhlükəlidir” – BAŞ NAZİR

“Putin Hitler və Stalindən daha təhlükəlidir” – BAŞ NAZİR

مورد توجه

12 May 2022, 10:50

“Rusiya diktatoru Vladimir Putin Adolf Hitler və İosif Stalindən daha təhlükəlidir”.

Modern.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, Putinin XX əsrin diktatorlarından daha çox öldürücü silahları, nüvə raketləri var:

“Rusiya informasiya məkanını milyonlarla saxta xəbərlə doldurub. Putin Hitler və ya Stalin deyil. Təəssüf ki, o, daha təhlükəlidir. Avropa ona mane olmasa, Putin rus qoşunlarını Avropaya daha da göndərəcək. Onu harada dayandıracağımız bizdən asılıdır”, - Moravetski Avropa liderlərinə xəbərdarlıq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı