Modern.az

Pirsaatçay üzərindəki yolda hərəkət bərpa edilib

Pirsaatçay üzərindəki yolda hərəkət bərpa edilib

Aktual

12 May 2022, 12:45

Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, hazırda keçid yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində işlər davam etdirilir.

 

Qeyd edək ki, Hacıqabul rayonunun 39 km uzunluğa malik Muğan-Qubalı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin cari il ərzində yekunlaşdırılması planlaşdırılır.

 

Bununla da 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir avtomobil yolunun yenidən qurulması, həmçini yeni körpünün inşası ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı