Modern.az

Putin Zelenski ilə görüşdən imtina etmir, amma...

Putin Zelenski ilə görüşdən imtina etmir, amma...

مورد توجه

13 May 2022, 14:02

Rəsmi Moskva Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüşdən imtina etmir.

 

Modern.az xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Peskov qeyd edib ki, həmin görüşü hazırlıqsız keçirmək mümkün deyil.

 

“Siz Rusiya prezidentinin mövqeyini yaxşı bilirsiniz, bu dəyişməyib: heç kim belə bir görüşün mümkünlüyündən imtina etmir, lakin buna hazır olmaq lazımdır”, - Kremlin sözçüsü bildirib.

 

Dövlət başçısının mətbuat katibi vurğulayıb ki, bu görüşə hazırlıq yalnız müvafiq sənədin, sazişin işlənib hazırlanmasında ifadə oluna bilər, daha sonra bu, ən yüksək səviyyədə yekunlaşdırılmalıdır.

 

Belə bir sənədin hazırlanmasına gəlincə, Peskovun sözlərinə görə, bu istiqamətdə heç bir irəliləyiş yoxdur.

 

"Bizim şərtlərimiz hamıya məlumdur, onlar aydın şəkildə tərtib edilib və kağız üzərində yazılıb, bütün bunlar Ukrayna tərəfinə verilib. Cavab yoxdur", - Kreml sözçüsü deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı