Modern.az

Deputat Türkiyədə görüşlər keçirib

Deputat Türkiyədə görüşlər keçirib

Aktual

22 Fevral 2013, 15:06

Millət vəkili Qənirə Paşayeva İzmir Böyükşəhər Bələdiyyə başkanı Aziz Kocaoğlu ilə görüşüb.  Modern.az-ın məlumatına görə, görüşdə deputat bildirib ki, Bakı ilə qardaşlaşmış şəhər olan İzmirdə Azərbaycan , Bakı  parkının  salınması və  Azərbaycan mədəniyyətini tanıdan mərkəzin qurulması  qardaş  şəhərlər  və  ölkələr arasında münasibətlərdə müsbət bir addım olardı.  Azərbaycan ilə Türkiyənin  bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili  Azərbaycanın daim  qardaş Türkiyənin yanında olduğunu deyib. “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir", - deyən millət vəkili  Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdiyindən məmnunluğunu  ifadə edib və bu əlaqələrin getdikdə daha güclənəcəyinə inandığını deyib. 

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı  geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar,  tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.   Xocalı Soyqırımının 21-ci ildönümü ilə bağlı təşkil edilən konfransda iştirak etmək üçün İzmir şəhərinə səfər etdiyini bildirən millət vəkili Qənirə Paşayeva ermənilərin  21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törəkdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , - deyib.

Millət vəkili Qənirə Paşayeva  İzmirin EXPO 2020-yə namizədliyinin bütün Türk dövlətləri tərəfindən dəstəklənməsinin vacibliyini və bunun ortaq mədəniyyətimizin, ortaq tariximizin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu dedi.  Millət vəkili  Qənirə Paşayeva İzmir Böyükşəhər Bələdiyyə başkanı Aziz Kocaoğlunu Azərbaycana səfər etməyə dəvət edib.

İzmir Böyükşəhər Bələdiyyə  başkanı Aziz Kocaoğlu  dəvəti qəbul edərək böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bildirib. Aziz Kocaoğlu yaxın zamanlarda  İzmir  şəhərində Azərbaycan parkının salınması  istiqamətində işlərin aparılacağını deyib. İzmir Böyükşəhər Bələdiyyə başkanı Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq,  iki ölkə arasında  iş birliyinin daha da genişləndirilməsinin  önəmli  olduğunu söylədi.  İzmir  Böyükşəhər Bələdiyyə başkanı Aziz Kocaoğlu Azərbaycan dövlətinin İzmirdə,  Aliağada təkcə İzmirin deyil   Türkiyənin inkişafına  yönələn  sərmayələr  qoymasına xüsusi diqqət çəkərək  iki  qardaş ölkə  və  şəhər arasında əlaqələrin daha da genişlənməsindən məmuniyyət duyduğunu deyib və bu əməkdaşlığın daha da genişlənməsi üçün səyləri daha da artıracaqlarını deyib.

Görüşdə DAK başqan yardımçısı Asif Qurban, Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva ,Azərbaycan Kültür və Dayanışma Dərnəyi rəhbəri Turgut Aran, Azərbaycan  Öyrəncilər  Təmsilçisi  Cavid Əliyev, Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva,TİMUR başqanı Çingiz Bayramov da iştirak ediblər.

 Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İzmir Böyükşəhər Bələdiyyə başkanı  Aziz Kocaoğluna  Azərbaycan  həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar təqdim edib.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı