Modern.az

"Səbail"ə yeni baş məşqçi təyin olundu

Aktual

26 May 2022, 17:30

"Səbail" klubu yeni baş məşqçisini açıqlayıb.

 

Modern.az paytaxt təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, "dənizçilər" Mahmud Qurbanova tapşırılıb.

 

49 yaşlı mütəxəssis bu postda mayın 23-də istefaya göndərilmiş Aftandil Hacıyevi əvəzləyib.

 

Qeyd edək ki, Mahmud Qurbanov son olaraq "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı