Modern.az

Rusiya Ukraynanın itkilərini açıqladı: 3300 tank, 1100 PUA

Rusiya Ukraynanın itkilərini açıqladı: 3300 tank, 1100 PUA

مورد توجه

31 May 2022, 12:54

“Ukraynada keçirilən xüsusi hərbi  əməliyyat zamanı Rusiya ordusu artıq 3300-dən çox tankı və 1100-ə yaxın pilotsuz uçan aparatı məhv edib”.

Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
184 təyyarə, 128 helikopter, 1070 pilotsuz uçuş aparatı, 325 zenit-raket kompleksi, 3342 tank və digər zirehli döyüş texnikası, 454 reaktiv yaylım atəşi sistemi, 1738 səhra artilleriya silahı və minaatan, həmçinin 3311 ədəd xüsusi təyinatlı hərbi maşın”, - Konaşenkov brifinqdə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı