Şəmkirdə iki qardaş özünə xəsarət yetirib.
Modern.az xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Sərxan Həsənov və qardaşı 1995-ci il təvəllüdlü Qabar Həsənov hər iki qolun kəsilmiş vəziyyətində xəstəxanaya yerləşdirilib.
Onların yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, hər iki şəxs hadisəni törədərkən sərxoş olub. Faktla bağlı araşdırma aparılır.