Modern.az

Rusiyaya casusluq edən ukraynalı məmurlar İFŞA OLUNDU

Rusiyaya casusluq edən ukraynalı məmurlar İFŞA OLUNDU

مورد توجه

21 İyun 2022, 17:16

Rusiya-Ukrayna müharibəsi davam edərkən, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iki yüksək rütbəli dövlət məmurunu Rusiyaya casusluq etdikləri üçün ələ keçirdiyini açıqlayıb.


Modern.az xəbər verir ki, həbs olunan məmurların adları ictimaiyyətə açıqlanmasa da, onlardan birinin Nazirlər kabinetinin şöbə müdiri, digərinin isə Ticarət və Sənaye Palatasının rəhbəri olduğu iddia edilir. 

 

"Bu məmurlar düşmənə müxtəlif kəşfiyyat məlumatlarını ötürüblər. Bizim müdafiə qabiliyyətimizin vəziyyətindən tutmuş dövlət daxilindəki nizamnamələrə və Ukrayna əsgərlərinin şəxsi məlumatlarına qədər hər şey ötürülüb. Məxfilik səviyyəsindən və məlumatın əhəmiyyətindən asılı olaraq, Rusiyadan hər bir tapşırıq üçün 2000-15000 dollar arası pul alınıb. Məmurun kod adı isə “Kireev” olub. Bir məmur 2016-cı ildən, digəri isə 2019-cu ildən Rusiya ilə əməkdaşlıq edib", - deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı