Modern.az

Son sutkada 24 yoluxma aşkarlandı

Son sutkada 24 yoluxma aşkarlandı

مورد توجه

26 İyun 2022, 16:54

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 164 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 292 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib. Aktiv xəstə sayı 155 nəfərdir.

 

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2345, bu günə qədər isə ümumilikdə 6 milyon 954 min 464 test icra olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı