Modern.az

Rusiyada koronavirus məhdudiyyətləri ləğv edildi

Rusiyada koronavirus məhdudiyyətləri ləğv edildi

مورد توجه

1 İyul 2022, 10:24

Rusiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti rəsmi məlumat yayıb. 

 

Bildirilib ki, hazırda ölkə üzrə epidemioloji vəziyyət qaydasındadır. Ehtiyac yaranarsa, məhdudiyyətlər yenidən bərpa oluna bilər.

 

“Epidemioloji prosesin intensivliyinin davam edən azalması ilə əlaqədar olaraq “Rospotrebnadzor” əvvəllər tətbiq edilən məhdudiyyətləri, o cümlədən maska ​​rejimi, iaşə müəssisələrinin gecə işləməsi qadağası və bir sıra digər tədbirləri dayandırır. Əgər COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər”, - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı