Modern.az

Prezidentdən 6,9 milyonluq SƏRƏNCAM

Prezidentdən 6,9 milyonluq SƏRƏNCAM

مورد توجه

5 İyul 2022, 14:44

Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 6,9 milyon (altı milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı