Modern.az

Puta Dəniz Limanında gəmi YANDI - YENİLƏNİB

Puta Dəniz Limanında gəmi YANDI - YENİLƏNİB

Aktual

3 Avqust 2022, 00:37

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

22:01

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib

 

Əlavə məlumat veriləcək.

 

***

21:04

 

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı