Modern.az

Gürcüstan NATO-ya qatılmaq üçün Türkiyədən dəstək alacaq

Gürcüstan NATO-ya qatılmaq üçün Türkiyədən dəstək alacaq

Aktual

27 Mart 2013, 11:24

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bu gün Gürcüstana rəsmi səfəri baş tutacaq. Modern.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatına əsasən, Ə.Davudoğlu rəsmi səfər çərçivəsində gürcü rəsmilərindən baş nazir Bidzina İvanişvili, parlamentin spikeri David Usupaşvili və Gürcüstan xarici işlər naziri Mayey Panjikidze ilə görüşəcək. Onun, həmçinin Paatoy Zakareishvilinin reinteqrasiyası ilə bağlı Gürcüstan dövlət naziri ilə də görüşü gözlənilir.

Məlumatda deyilir ki, görüşlər çərçivəsində Türkiyə-Gürcüstan arasında ikitərəfli əməkdaşlıq proqramı müzakirə ediləcək. Eyni zamanda Gürcüstanın NATO-ya daxil olması üçün Türkiyənin dəstəyi məsələsi müzakirə obyekti olacaq.

Qeyd edək ki, martın 28-də Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq. 

Elçin AĞAYEV

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı