Modern.az

"Tərtər işi”nə görə həbs olunan hərbçi şair imiş

Aktual

5 Sentyabr 2022, 14:14

"Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədovun kimliyi ilə bağlı bəzi məlumatlar məlum olub.

 

Modern.az APA-ya xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.

 

Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır.

 

Onun "Həyat eşqi", "Sevgi Dünyam", "Zirvəyə doğru" adlı kitabları nəşr olunub.

 

Xatırladaq ki, Rahib Məmmədov “Tərtər işi” ilə bağlı həbs olunub.

 

O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı