Modern.az

Son sutkada koronavirusdan ölən olmayıb

Son sutkada koronavirusdan ölən olmayıb

Aktual

20 Oktyabr 2022, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 54 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 822 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 486 nəfər müalicə olunaraq sağalıb, hazırda 384 aktiv xəstə var. İndiyədək 9 935 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2984, ümumilikdə isə 7 299 324 test icra olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı