Modern.az

Yazıçılar Birliyi nə qədər icarə pulu ödəyib?

Yazıçılar Birliyi nə qədər icarə pulu ödəyib?

Aktual

27 Oktyabr 2022, 12:40

Ötən gün Xalq yazıçısı Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayına ayrılmış 203 min manatdan müəyyən qədəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından istifadəyə görə icarə pulu kimi verilib.

 

Maraqlıdır, dövlət teatrına qurultayın keçirilməsinə görə doğurdanmı icarə pulu ödənilib? Və bu məbləğ nə qədər olub?

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı AzVision.az-a teatrın bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov danışıb, O icarə pulunun verilməsini istisna etməyib.

 

“Bu mövzular mənim səviyyəmdə deyil. Mən o işə baxmıram. Mən yaradıcı adamam, yaddan çıxartmayın. Bilmirəm. Mən yaradıcılıqla məşğulam. Yəqin ki, ödəyib. Haradan bilim. Dövlət onlara pul ayırıb. Elə belə deyil ki... Çünki işıq yanırdı, bütün sistem işləyirdi. Seçdilər, razı da getdilər. Mən həmin vaxt yaradıcı heyətlə məşq edirdim”,- deyə A. Nemətov bildirib.

 

Qeyd edək ki, Xalq yazıçısı Çingi Abdullayev qurultay üçün ayırılan 203 min manatla bağlı sual verən jurnalistə "Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?", - deyə sərt reaksiya verimişdi. Və bildirmişdi ki, pul icarəyə və xarici qonaqların yol, otel puluna xərclənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı