Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində iki fərqli nöqtədə meşə yanğını başlayıb.
Modern.az-ın məlumatına görə, yanğınlar Qazdağı milli parkında qeydə alınıb.
Yanğının qarşısının alınması üçün ümumilikdə 4 helikopter, 25 texnika cəlb edilib. Hadisə bölgələrində yanğınların söndürülməsi davam edir.