Modern.az

“Oğlan qaçıran” qızın iş yerindən Modern.az-a danışdılar

“Oğlan qaçıran” qızın iş yerindən Modern.az-a danışdılar

Aktual

17 İyul 2013, 15:40

Diasporla İş üzrə Dövlət  Komitəsində çalışan Kənan Məmmədovun sevdiyi qız tərəfindən qaçırıldığı haqda məlumat vermişdik. Modern.az-a bu məlumatı Kənanın atası Akif Məmmədov verib. O, Diasporla İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyən oğlu Kənan Məmmədovun yoxa çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını deyib. A.Məmmədov qızın ailəsi və özü haqda xoşagəlməz fikirlər söyləyib.

Modern.az saytı Diasporla İş üzrə Dövlət Komistəsində çalışan oğlanla qoşulub qaçan İlahə xanımın iş yeri ilə maraqlanıb. Məlum olub ki, Ağayeva İlahə Qəribxan qızı 5 ildən çox imiş ki, Embawood firmasında çalışırmış.

İş yerindən Modern.az-a İlahə Ağayeva barədə məlumat veriblər.

“Nümunəvi davranışları ilə hamının sevimlisinə çevrilən qızın tərbiyəsinə söz ola bilməz”.
Şirkətdən oğlan atasının İlahə Ağayeva barədə deyilən fikirlərə etiraz gəlib.

“O xanım hər zaman tərbiyəsi və nümunəvi davranışı ilə seçilib. Buna inanmayanlar onun iş yerinə gəlib iş yoldaşlarından qız haqqında məlumat ala bilərlər. Əminik ki, İlahə Ağayeva ilə qurulan ailə həmişə xoşbəxt olacaq”.

Qeyd edək ki, A.Məmmədov Modern.az saytına müraciət edərək oğlunun qaçırıldığı haqqında məlumat vermişdi. Bu gün isə onun oğlu Kənan Məmmədov yayılan məlumatları yalanlayaraq bu qərarı xanımı ilə birlikdə aldıqlarını, ailələrinin onların evlənmələrinə razılıq vermədikləri üçün belə addımı atdıqlarını bildirib.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı