Bakıda yaşayış binasından uşaq maşını oğurlanıb.
Modern.az "Baku.ws"ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 32/15 ünvanında qeydə alınıb.
Dəyəri 500 manat olan "Range Rover" maşını naməlum şəxs tərəfindən oğurlanıb.
Oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib.