Modern.az

Azərbaycanın məşhur həkimi Əlfəddin Abdullayev vəfat edib

Azərbaycanın məşhur həkimi Əlfəddin Abdullayev vəfat edib

Aktual

3 Sentyabr 2014, 14:06

Azərbaycanın tanınmış həkimi  Əlfəddin Abdullayev 85 yaşında rəhmətə gedib.

Modern.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist İlhamiyyə Rza öz “Facebook” səhifəsində yazıb:

“Ekranda simasını görən kimi üzümüzdə təbəssüm yaranırdı, hamı onu məşhur komediya aktyoru Lui de Fyunese də bənzədirdi. Amma bu tək zahiri bənzərti deyildi.

Əlfəddin doktor (onu məhz belə çağırırdı hamı) elə bir komediya ustası qədər pozitiv, müsbət və dərin insan idi ki, istənilən sağlamlıq məsləhətini onlarla atalar sözü, zərb məsəllərlə müşayiət edərdi.

Onun verdiyi məsləhətlərin arxasından bir xeyirxahlıq, həqiqətən də bizim sağlam olmağımız istəyi aydın hiss olunurdu. Tanıyanlar onun nurlu və gülər üzünü hələ çox xatırlayacaqlar. Vaxtilə Ali Sovetin deputatı olub, 29 il 4 saylı Şəhər Xəstəxananın baş həkimi olaraq çalışıb, uzun illər sağlamlıq verilişləri hazırlayıb, amma nə yazıq ki, əməkdar həkim adına belə, layiq görülməyib. Səbəb heç vaxt ad-san arxasınca düşməməsi idi.
Vaxtilə ABA kanalında çalışdığım zaman, Əlfəddin doktor da orda veriliş aparırdı. Hamımız onu istər ekranda, istərsə də ABA dəhlizlərində rastlaşanda heyranlıqla, sevgiylə izləyərdik...".

Məhrum bu gün Oğuzun Qumlaq kəndində torpağa tapşırılıb.

Əlfəddin doktorun bu deymi uzun müddət yadda qalacaq: “Sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan”.

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı