Modern.az

"Facebook" müəllif hüquqları qorunan materialları siləcək  

"Facebook" müəllif hüquqları qorunan materialları siləcək   

Dünya

28 Dekabr 2016, 23:39

Səsyazma studiyaları "Facebook" sosial şəbəsindən müəllif hüquqlarını fəal şəkildə qorumağı tələb edirlər. Modern.az saytı xəbər verir ki, "Report"un "Financial Times" nəşrinə istinadən məlumatına görə, böyük səsyazma studiyaları sosial şəbəkədən istifadəçilər tərəfindən yüklənən və tərkibində müəllif hüquqları qorunan materiallar olan videoları silməyə çağırıb.

Nəşrin məlumatına görə, "Facebook" hazırda müəllif hüquqları qorunan kontentin izlənməsi texnologiyası üzərində işləyir.

Texnologiya öz təsdiqini tapan kimi, səsyazma studiyaları ilə "Facebook" arasında lisenziya sazişinin imzalanması üzrə müzakirələr aparılacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı