Modern.az

Muğam müsabiqəsinin daha bir iştirakçısı yarışmanı tərk etdi

Muğam müsabiqəsinin daha bir iştirakçısı yarışmanı tərk etdi

Ölkə

19 May 2011, 23:07

AzTV-də və “Mədəniyyət” kanalında canlı yayımlanan “Muğam televiziya müsabiqəsi 2011” artıq 15-ci həftədir ki, davam edir.
Modern.az-ın məlumatına görə, fevralın 14-dən başlayaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən yarışma mayın 19-da daha bir iştirakçının çıxması ilə yadda qalıb.

Bu turda müsabiqənin şərtlərinə uyğun olaraq ən az xal toplayan iştirakçı yarışmanı tərk edib. Bu, cəmi 62 bal toplayan Zeynəb Quliyeva olub.  
Beləliklə yarışmada 8 nəfər iştirakçı qalıb.
 
“Muğam televiziya müsabiqəsi 2011” Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.
Növbəti tur gələn həftə keçiriləcək.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı