Modern.az

Təhsilimizin keyfiyyəti bizi qane edirmi?

Təhsilimizin keyfiyyəti bizi qane edirmi?

Ölkə

25 Aprel 2014, 11:56

 Azərbaycanın  təhsil sistemindəki  gedən dəyişiklərlər təbii ki,  birmənalı qarşılana bilməz. Təhsil naziri hörmətli Mikayıl Cabbarov fəaliyyətə başladığı  müddətdən sonra  orta məktəblərlə bağlı  atdığı bir sıra addımları  ədalət naminə müsbət dəyərlənbirmək olar.  Xüsusilə, orta məktəblərdə  yeri gəldi-gəlmədi pul yığılması, təmir adı altında, müxtəlif  bəhanələrlə  valideynlərdən pul tələb olunması məsələsi  xeyli azalıb.  Bu məsələnin birdəfəlik kökünü kəsmək üçün problemi  daha da ictimailəşdirmək lazımdır.

 Təəssüf ki,digər bir məsələ dərsliklərlə bağlı  problem hələ də  qalmaqdadır. Dərsliklər  çox ağrılı bir problem olduğuna görə bu başqa  bir  söhbətin mövzusudur. Şagirdlərin    əqli-intellektual   biliklərindən  tez-tez söhbət açılır. Guya  kitabları   bu qədər   qəlizləşdirməklə   azyaşlıların  səviyyələrinin   qaldırılmasına   kömək edirlər.  Əslində   dərslikləri  bu günə salmaqla    dövlətin  və valideyinlərin   büdcəsinə   zərbə dəyir.   

 Məni düşündürən, narahat edən  Təhsil Nazirliyinin orta məktəblərdə  dərs  müddətinin artırılması ilə bağlı ortalığa atdığı  məsələdir.  Burada təbii olaraq bir sual ortalığa çıxır. Orta məktəb  şagirdi  zəif  öyrənir,  dərsə  hazırlaşa  bilmir  ona görə hökmən  dərs saatın uzatmaq  lazımdır?  Bu kökündən yanlış məsələdir.  Əvvəllər dərs ili 10 il olub. Sonradan  bu müddət 11-ilə qaldırıldı.  Axı  burada nə  dəyişdi?  Şagirdlər daha   savadlı  oldu və yaxud  dərsə  hazırlığı daha artdı?  Əslində  vaxtı uzatmağa deyil, keyfiyyətli dərs  saatına  keçmək lazımdır.

Bir vacib məsələni qeyd etməliyəm.  Bəzi orta məktəb müəllimləri  bilərkdən və bilməyərəkdən   həmin  o dərs saatından səmərəli istifadə etmirlər.  Bəzi müəllimlər sadəcə olaraq dərsdə vaxtını keçirir və sonda  şagirdın  valideyninə çatdırırlar  ki,   pul ver sənin uşağınla əlavə məşğul olum. Bu gün təhsilin ən böyük problemlərindən,  bəlkədə qorxulu tərəflərindən  biri budur.

 Ikincisi, həmin müəllimlər  bilməyərəkdən  bu dərs  saatından  niyə görə  səmərəli istifadə edə bilmirlər?

 Yeni  sistemə keçidlə, hazırlanan həddindən artıq qəliz dərs vəsaitləri ilə  bağlı bu müəllimlər sadəcə olaraq başlarını itiriblər. Nisbətən  yaşlı olan  bu insanlar yeni, anlaşılmayan bu sistemdən baş çıxara bilmirlər. Onlar həm özlərinin, həm də  şagirdlərin  sadəcə olaraq vaxtlarını  keçirirlər.

Ona görə də dərs müddətinin bir neçə  həftə uzatmaqla və yaxud  11 il  yox  15 illik dərs müddətinə keçməklə  nəisə dəyişməyəcək.

 Müəllim otra məktəbdə mürgü vurursa, o zaman   şagirdin beyininə elmdən başqa  nə istəsən  yerləşəcək  Axı  gələcəkdə həmin  gənclərdən  hansı normal vətəndaş yetişər.  Gəlin  emosionallıqdan,   hay-küydən    uzaq olub   cəmiyyətin  peyvəndini   tapaq.  Deyəsən   bu,     normal təhsildən, millətin,  dövlətin  inkişafına  xidmət edən   vicdanlı  münasibətdən   başlayır. 

 Təhsil elə bir sahədir ki, cəmiyyətin problemlərinin bir çoxunu  burada axtarmaq  lazımdır.  Ona  görə ki,  bütün  sənət sahibləri orta  məktəb partası arxasından    çıxaraq  müstəqil həyata,  bu cəmiyyətə    yol  açırlar.  İkinci ailə  sayılan   məktəb, oradakı  müəllimlər   azyaşlı  uşağın  gələcək  taleyini   müəyyən edir.

 Gələcək   biznesmenin, polisin, həkimin, mühəndisin  və s.   əxlaqlı  dünyagörüşü,   vətəndaşlıq mövqeyi, milli  kimliyi, dövlətçilik təfəkkürü  məhz orta  məktəb  partasından  formalaşır.   Zəncirvari   proses  olan  bu məqamlarda  baş verən  hər hansı   qüsurlar gündəlik həyatımızda,  cəmiyyətimizdə   özünü   büruzə  verir. 

Bir  sözlə sındırılmış, zəif təhsil görən  şagirddən   hansı  vətəndaşlıq  mövqeyi   gözləmək olar?    Bu gün   çoxlarımız   bu və digər formada      orta məktəblə  bağlıyıq.   Ola bilər    təhsil üzrə  ekspert  deyilik,   ancaq   oradakı  problemlərin mahiyyəti   bəllidir. 

 Təbii ki,  təhsilsizlik  cəmiyyət üçün hər zaman təhlukəli olub.

 Ancaq bütün problemləri  təhsildə axtarmaq düzgün deyil. Çünki  indiki uşaqların  bir çoxunu internet məkanı, sosial şəbəkələr,  bəzi  tv  proqramları yetişdirir. Bir çox hallarda valideynlərin  etinasızlığından,  yumşaq ifadə etsək  məlumatsızlığından  uşaqları  bu faktorlar, tv-lər, internet şəbəkələri formalaşdırır.  Bununda ağır nəticələri çox tezliklə özünü  göstərir.

 Əslində  təhsilin bünövrəsi olan orta məktəbdə  şagirdə və müəllimə qarşı formalaşan  münasibətdən və azyaşlıya verilən bilikdən başlayır.  Bu da  cəmiyyətdə gənclərin necə vətənvərvər yetişməsinin   ilkin addımıdır.   Gəlin bu addımı  elə ataq ki,  sonra peşman olmayaq.  

Sonda  onu da  qeyd etməliyəm ki, öz peşəsini sevən müəllimlər az deyil.  Onlar maddi çətinliyə görə  öz peşələrindən əl çəkirlər. İnanmaq istərdim ki, təhsil naziri hörmətli Mikayıl Cabbarov  əsl müəllimin  dəyərini özünə qaytaracaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı