Modern.az

11 oktyabrda gözlənilən hava şəraiti

11 oktyabrda gözlənilən hava şəraiti

تحصیلات

10 Oktyabr 2014, 14:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə çiskinli, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.

Oktyabrın 11-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı