“Monqolustan ərazisində heç vaxt ABŞ hərbi bazası olmayacaq”.
Modern.az saytı xəbər verir ki, bu sözləri İTAR-TASS-a açıqlamasında Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorjdan deyib. Onun sözlərinə görə ölkəsi Rusiya və Çinlə əməkdaşlığa üstünlük verir. “Biz Monqolustan sakinlərindən hansı ölkə ilə əməkdaşlıq etmək lazım olduğunu soruşuruq. Onların 60%-i Rusiyanı, 15-20-%-i isə Çini seçirlər”.-deyə Monqolustan rəhbəri bildirib.
O qeyd edib ki, Monqolustan Konstitusiyasında xarici hərbi bazaların ölkədə yerləşdirilməsini qadağan edilir.
Modern.az