AIESEC 126 ölkədən olan 100 000 gəncin səsini Azərbaycanda keçiriləcək birinci “Gənclər Siyasəti üzrə Qlobal Forum” təbdirində təmsil edəcək.
Modern.az xəbər verir ki, Bakıda keçiriləcək beynəlxalq toplantı - 'Gənclər Siyasəti üzrə Qlobal Forum'u BMT Baş Katibinin Gənclər üzrə Elçisi ilə birgə BMT-nin İnkişaf Proqramı, YUNESKO, Avropa Şurası və forma ev sahibliyi edən ölkədən 200 nümayəndəni bir araya gətirərək gənclərin siyasət üzrə istiqamətlərdə iştirakını müzakirə edəcək.
«Qlobal Forum gənclər siyasətinə sistemli və sektorial yanaşmalar üzrə ehtiyac və imkanlar barəsində müvafiq təşəbbüslə çıxış edəcək və gənclər siyasətinin inkişafında səylərin güclənməsinə yardım edəcəkdir.
Dövlət gənclər siyasətinin məsələləri üzrə öhdəlikləri yeniləmək baxımından Forum, 21-ci əsrdə gənclərə və gənclər siyasətinə xüsusi diqqət ayırmaq üçün bir mərhələ olacaqdır».
AIESEC gənclər tərəfindən idarə olunan, qeyri-kommersiya təşkilatı, həm nümayəndə, həm də spiker qismində təmsil olunacaqdır.
Karolina Piotrovska, Qlobal İctimai Əlaqələr üzrə Vitse Prezident 126 ölkədən olan 100 000 gəncin səsini nümayəndə və fasilitator qismində təmsil edəcəkdir. Vinicius Tsugue, AIESEC Beynəlxalq təşkilatının Prezidenti isə öz növbəsində gəncliyin səsi və onların istəklərinin dəstəklənməsi kimi dünyanın ən mühüm məsələsinin həll tapması yolunda töhfələrini verəcəkdir.
Açılış ərzində biz YouthSpeak sorğusunun nəticələrinin birinci qismini təqdim edəcəyik. AIESEC, dünya gənclərinin şəxsi və peşəkar inkişafı üçün təcrübə qazandıran qlobal aparıcı platforması, Y Nəslinin nümayəndələrini düzgün anlamaq məqsədilə qlobal məlumatlandırıcı YouthSpeak sorğusu elan etmişdir. Y Nəsli sürətlə iş dünyasında vəzifələr tuturlar və qlobal işçi qüvvəsinin 75 %-ni təşkil edəcəklər. Onlar artıq dünyanın ən nüfuzlu nəslinə çevrilirlər, çünki onların alıcılıq qabiliyyəti digər əvvəlki nəsillərdən daha genişdir. Y Nəsli barəsində mövcud tədqiqatın əksəriyyəti çox vaxt Qərb dünyasında tərəfindən xüsusilə işlənilmişdir: AIESEC tərəfindən keçirilən YouthSpeak sorğusu buna görə də aktiv nəsillərdə qlobal perspektiv təmin etməyi hədəfləyir. Forum ərzində Azərbaycan gənclərinin iştirakını xüsusilə vurğulanacaqdır.
Birinci sorğu gənclərin inkişafında önəmli rol oynayan təhsilin və məşğulluğun necə artırılması barəsində Y Nəslinin fikirlərini öyrənməyi hədəfləyir. Y Nəsli mövcud təhsilləri ilə gələcək işlərini uyğun şəkildə əlaqələndirmək üçün mübarizə aparırlar və bizim də missiyamız məlumatlandırma yolu ilə fəaliyyətə ruhlandırma və Y Nəslinin özlərinin tam potensialına nail olmaq üçün bugün üzləşdikləri əsas çətinliklər və məsələlər üzrə onları maarifləndirməkdir.
Modern.az