Modern.az

Deputat girovlarla bağlı Avropa Şurasına müraciət etməyi təklif edib

Deputat girovlarla bağlı Avropa Şurasına müraciət etməyi təklif edib

تحصیلات

28 Oktyabr 2014, 13:15


“Azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə və Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməyi təklif edirəm”. Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu günkü iclasında millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev, onların saxlanılması şəraitini və onlarla bağlı saxta məhkəmənin qurulmasını kəskin tənqid edib, eyni zamanda buna ciddi reaksiya verməyən ATƏT-i, ATƏT-in Minsk qrupunu və Avropa Şurası başqa olmaqla,  bütün beynəlxalq təşkilatları ciddi tənqid edib.

Onun sözlərinə görə, ATƏT, ATƏT Minsk Qrupu və Avropa Şurası  Ermənistana girovların azad edilməsi və onlara qarşı işgəncələrin son qoyulması istiqamətində heç bir təzyiq göstərmir.

“Bu məsələ ilə bağlı Avropa Şurası İnsan haqları üzrə komissarının da heç bir addım atmadığını görürük. Azərbaycanlı girovların ailələrinə dəstək göstərilməlidir. Onların Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi üçün gərəkən bütün dəstəyin göstərilməlidir.Girovlara ciddi işgəncələrin verildiyini və bu işgəncələrlə onları Azərbaycan əleyhinə çıxış etməyə vadar etmək istəyən erməni işğalçıları öz arzularına nail ola bilmirlər, amma girovlarımıza işgəncələr verməkdə davam edirlər. Bununla bağlı Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət edilməlidir. Girovlarımızı azad etmək üçün bütün beynəlxalq mexanizmləri işə salmaq və onların azad olunmasına nail olmaq lazımdır".

Modern.az    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı