Modern.az

Bakıda avtoxuliqanlıq edən şəxs həbs edildi

Bakıda avtoxuliqanlıq edən şəxs həbs edildi

Təhsil

12 Noyabr 2014, 12:56


Bir neçə gün öncə elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı "Ağçiçəyim" şadlıq sarayının ətrafında naməlum sürücünün "VAZ-2107" markallı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər yayılmışdı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus "VAZ-2107" markalı avtomobillə edib.

Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı