Modern.az

Deputat mandatından imtina etdi

Deputat mandatından imtina etdi

تحصیلات

21 Noyabr 2014, 17:24



Kiyevin meri Vitali Kliçko xalq deputatı mandatından imtina edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda onun rəsmi satında məlumat yayılıb. Məlumatda qeyd edilir ki, bununla bağlı artıq Ukrayna Mərkəzi Seçki Komissiyasına da müvafiq sənəd təqdim olunub.

“Mən dəfələrlə bəyan etmişəm ki, paytaxtın meri olaraq qalacağam, mənə etimad göstərən kiyevliləri məyus etməyəcəyəm, onlar dəyişiklik və islahat gözləyirlər. Məsuliyyəti üzərimə götürüb birləşmiş siyahıya rəhbərlik etməklə parlamentə partiya yoldaşlarımı gətirdim, onlar təkcə Kiyevdə yox, bütün ölkədə yaşayanların arzularını həyata keçirəcəklər, vacib islahatların reallaşması üçün işləyəcəklər”, - Kliçko mandatından imtinasının səbəbini belə izah edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı