Modern.az

Bakı qoçuları milyonçu Ağa Musa Nağıyevi niyə oğurlamışdılar?

Bakı qoçuları milyonçu Ağa Musa Nağıyevi niyə oğurlamışdılar?

تحصیلات

24 Noyabr 2014, 22:49

Bakı qoçuları iki dəfə məşhur milyonçu Ağa Musa Nağıyevi oğurlayıb öldürməklə hədələmişdilərsə də, xeyri olmamışdı. Bir dəfə faytona basaraq gözlərini bağlayıb, aradan çıxararaq, gizli yerə gətirib 10 min manat tələb edirlər. Ağa Musa özünü itirməyib deyir: "Min manat verə bilərəm, bir qəpik də artıq yoxdur".
Onu ölümlə təhdid edəndə də halını pozmadan deyir: "Atam, atam, öldürün. Bu bir min manatı da ala bilməzsiniz, o da əlinizdən çıxar".
Nə qədər soyuqqanlı, səbirli, təmkinli olmaq lazımdır ki, belə dar ayaqda qorxub təşvişə düşməyəsən. Qoçular onu üç gün girov saxlayıb, yedirdib-içirdib, qumar oyununa cəlb eləsələr də, boynuna min manatdan artıq haqq qoya bilmirlər.

Araz Vəliyev,
tarixçi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı