Modern.az

Bakı bulvarından 65 metrlik yaxta oğurlanıb

Bakı bulvarından 65 metrlik yaxta oğurlanıb

Təhsil

29 İyul 2015, 21:53



Bakı bulvarından yaxta oğurlanıb. Modern.az saytı Lent.az-a istinadən məlumat verir ki, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. 

F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.

Qeyd edək ki, F.Abdullayev biznesmendir. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı