Modern.az

İran generalı Türkiyəni İŞİD-lə səhv mübarizədə günahlandırdı

İran generalı Türkiyəni İŞİD-lə səhv mübarizədə günahlandırdı

تحصیلات

30 İyul 2015, 15:07



Türkiyənin PKK və İŞİD-ə qarşı son günlər həyata keçirdiyi hərbi əməliyyatlar İranı narahat edir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi bundan narahat olduğunu dilə gətirməklə Türkiyəni sərt tənqid edib.

Modern.az saytı xəbər verir ki, Həsən Firuzabadinin fikrincə, Türkiyə İŞİD terrorçularına qarşı əməliyyat adıyla bu təşkilata müqavimət göstərən kürd qruplarını hədəf alıb. O, bunu strateji səhv adlandırıb:

“Bu səhv terrorçuların Türkiyə sərhədlərinə çatmasını asanlaşdıracaq".

Firuzabadi İŞİD-in bütün İslam ölkələrində suveren güc olmaq istədiyini söyləyib:

"Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər bu mövzuda istisna deyillər".

Sevinc YASİNQIZI  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı