Modern.az

Kürdəmirdə qəza - 2 nəfər yaralandı

Kürdəmirdə qəza - 2 nəfər yaralandı

Hadisə

29 Sentyabr 2022, 21:44

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, BMW markalı avtomobilin sürücüsü Yevlax rayon sakini 48 yaşlı Xəlil Xəlilov Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı sürücü və onun sərnişini 44 yaşlı Mingəçevir sakini Rəşad Əhmədzadə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır