Modern.az

DİN-dən məktəbdəki yanğınla bağlı AÇIQLAMA

DİN-dən məktəbdəki yanğınla bağlı AÇIQLAMA

5 Dekabr 2022, 17:39

Bu gün saat 16 radələrində İmişli rayonunun Qaralar kəndi kəndi ərazisində yerləşən tam orta məktəbdə yanğın baş verməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə,Məlumatla əlaqədar dərhal polis əməkdaşları həmin əraziyə cəlb olunublar.

 

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirir. Həmçinin yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı